Mətin Kərimli: “Azərbaycanda əməyin mühafizə qaydalarının pozulmasına görə ildə 80-ə yaxın insan həyatını itirir”

Mətin Kərimli: “Azərbaycanda əməyin mühafizə qaydalarının pozulmasına görə ildə 80-ə yaxın insan həyatını itirir”
# 29 aprel 2014 09:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azərbaycanda il ərzində 250-yə yaxın əməyin mühafizəsi qaydalarının pozulması hadisəsi baş verir. Nəticədə 80-ə yaxın insan həyatını itirir”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 28 aprel - Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Kərimli qeyd edib ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə dünyada 2 milyon 340 min nəfərə yaxın insan həlak olur. Onun sözlərinə görə, Azərbaycanda əvvəllər 100 min nəfərə 16 belə hadisə düşürdüsə, hazırda bu rəqəm 4 dəfəyə qədər azalıb: “Bu da o deməkdir ki, insan ölümünün sayı azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR