Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə bir milyon dollar vəsait ayırıb - FOTOSESSİYA

Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə bir milyon dollar vəsait ayırıb - <span style="color: red;">FOTOSESSİYA
# 03 may 2014 12:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yaponiya hökuməti Urmiya gölünün bərpası məqsədilə 1 milyon dollar vəsait ayırıb.

APA-nın “Radiozəmanə”yə istinadən verdiyi məlumata görə, bu yardım İran bataqlıqlarının qorunması üçün nəzərdə tutulub.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR