Əfqanıstanda baş verən torpaq sürüşməsində 2100 nəfər ölüb

Əfqanıstanda baş verən torpaq sürüşməsində 2100 nəfər ölüb
# 03 may 2014 10:09 (UTC +04:00)

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bədəxşan əyalətinin qubernatorunun nümayəndəsi Navid Forotan (Naweed Forotan) bildirib.

Qeyd edək ki, BMT nümayəndələri mayın 2-də güclü selin törətdiyi torpaq sürüşməsi nəticəsində 350-dən çox insanın öldüyünü açıqlamışdı.

Əfqanıstanın şimal-şərqində yerləşən Hobo-Barik kəndində yaşayan 1000-dək ailənin hamısı baş verən təbii fəlakət nəticəsində selin gətirdiyi palçıq və daşların altında qalıb.

100-dək zərərçəkən xəstəxanaya yerləşdirilib. Dörd minədək insan evsiz-eşiksiz qalıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR