Slavyanskda separatçılar desantçılara hücum edib, 2 hərbçi öldürülüb

Slavyanskda separatçılar desantçılara hücum edib, 2 hərbçi öldürülüb
# 02 may 2014 22:20 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Slavyansk şəhərində separatçılar desantçılara hücum edib.

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə Ukrayna hərbi qüvvələrinin 2 hərbi desantçısı öldürülüb.

Ukrayna Müdafiə nazirliyi məlumatı təsdiqləyib.

Xatırladaq ki, mayın 2-dən Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətinin Slavyansk şəhərində silahlı separatçılara və terrorçulara qarşı anti-terror əməliyyatına başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR