Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək

Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək
# 13 may 2014 08:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Mayın 23 -24-də Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Konfransın əsas mövzusu Əfqanıstandan beynəlxalq qüvvələrinin çıxarılmasından sonra Mərkəzi Asiyada və digər regionlarda sabitlik və terrorizmlə mübarizə məsələləridir.

Konfransda Əfqanıstan və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə və şimali Afrikada münaqişələr müzakirə olunacaq.

Konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov çıxış edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR