AMEA Mərkəzi Elmi Kitabxanası “Nobel mükafatçıları” ensiklopediyası əldə edib

AMEA Mərkəzi Elmi Kitabxanası “Nobel mükafatçıları” ensiklopediyası əldə edib
# 22 oktyabr 2013 08:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) dünya, eləcə də Azərbaycan elmi üçün çox zəngin elmi-köməkçi xarakter daşıyan və rus müəllifləri tərəfindən hazırlanan “Nobel mükafatçıları” adlı 60 cildlik ensiklopediyanı əldə edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nobel Fondunun əsas maliyyə dəstəyi və görkəmli naşir Vyaçeslav Lobankovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanaraq “Les Prix Nobel” nəşriyyatında çap edilən zəngin soraq-məlumat xarakterli “Nobel mükafatçıları” ensiklopediyası fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində 1901-2000-ci illərdə beynəlxalq Nobel mükafatları alan şəxslər, onların qısa bioqrafiyası, mənsub olduqları ölkə və xalq, ixtira və digər təşəbbüsləri haqqında geniş informasiya ilə zəngindir.

MEK-in ədəbiyyat fondunda 13 cilddə “Fizika üzrə Nobel laureatları”, 14 cilddə “Kimya üzrə Nobel Laureatları”, 16 cilddə “Tibb üzrə Nobel Laureatları”, 5 cilddə “Ədəbiyyat üzrə Nobel Lauretları”, 6 cilddə “Sülh üzrə Nobel Laureatları”, 6 cilddə “İqtisadiyyat üzrə Nobel Laureatları” yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR