Baş nazir Ərdoğan yeni nazirlərin adlarını prezident Gülə təqdim etməyə hazırlaşır

Baş nazir Ərdoğan yeni nazirlərin adlarını prezident Gülə təqdim etməyə hazırlaşır
# 25 dekabr 2013 15:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, R. T. Ərdoğanın yeni Nazirlər Kabinetinin siyahısını bu gün prezident Abdulla Gülə təqdim etməsi gözlənilir.

Qeyd edək ki, 3 nazir - ədliyyə naziri Sadullah Ərgin Hataydan, ailə və sosial siyasət naziri Fatma Şahin Qaziantepdən, nəqliyyat, kommunikasiya naziri Binəli Yıldırım İzmirdən bələdiyyə başqanlığına namizəd göstərildiyi üçün onların yerlərinə yeni nazirlərin təyin olunacağı əvvəlcədən bəlli idi. Son rüşvət və korrupsiya qalmaqalı ilə əlaqədar iqtisadiyyat, daxili işlər, şəhərsalma və ətraf mühit nazirlərinin istefasından sonra daha 3 nazir yeri boşalıb. Ümumilikdə 10 nazirin dəyişəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR