Rusiyada “Lenta.ru”nun redaksiyası tam tərkibdə istefa verib

Rusiyada “Lenta.ru”nun redaksiyası tam tərkibdə istefa verib
# 12 mart 2014 21:23 (UTC +04:00)

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bəyanat saytda yerləşdirilib.

Bəyanatda bildirilib ki, bu gün «Afişa-Rambler-SUP» şirkətinin sahibi Aleksandr Mamut portalın baş redaktoru Qalina Timçenkonu Aleksey Qoreslavski ilə əvəz edib.

Portalın istefa verən kollektivi bəyanatında bu addımın birbaşa redaksiyaya təzyiq olduğunu qeyd edib. Onlar bildiriblər ki, müstəqil redaktor vəzifəsindən azad olunub, onun yerinə isə Kremlə yaxın şəxs təyin olunub ki, bu da KİV haqqında qanunvericiliyin pozulmasıdır.

Bəyanatda Rusiyada yaxın aylarda daha bir neçə KİV-in bağlanmasının gözlənildiyi, belə davam edərsə, jurnalistlərin iş yeri tapmaqda çətinlik çəkəcəyi də vurğulanıb.

Qeyd edək ki, Qalina Timçenko 1999-cu ildən, “lenta.ru” yaranandan portala rəhbərlik edib.

Aleksey Qoreslavski isə 2013-cü ildən “Afişa-Rambler-SUP”da çalışıb. Təyin olunanadək o, şirkət baş direktorunun xarici əlaqələr üzrə müavini vəzifəsində işləyib. Bu vəzifədən öncə Aleksey Qoreslavski «Vzqlyad.ru» internet-qəzetə başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR