Lənkəranda mağazadan oğurluq olub - VİDEO

Lənkəranda mağazadan oğurluq olub - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 14:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda oğurluq hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Qala Xiyabanı küçəsində yerləşən Həzrət Azad oğlu Axundzadəyə məxsus hədiyyələr mağazada qeydə alınıb.

Naməlum şəxs adı çəkilən ünvandakı mağazaya qanunsuz daxil olaraq, satıcı Aysel Rəfail qızı Bağırovanın içərisində 300 manat pul olan əl çantasını oğurlayıb. Baş verən oğurluq hadisəsi anbaan mağazada quraşdırılmış müşahidə kamerası tərəfindən lentə alınıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, oğurluq hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR