Azərbaycanda illik inflyasiya 2,3%-ə çatıb

Azərbaycanda illik inflyasiya 2,3%-ə çatıb
# 18 oktyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bu ilin sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, ilin əvvəlindən 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 3,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR