Suriya baş nazirinin müavini İranda səfərdədir

Suriya baş nazirinin müavini İranda səfərdədir
# 23 oktyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Suriya baş nazirinin müavini İranda səfərdədir. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Bəşir Əzzuabi oktyabrın 22-də Tehranda İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi ilə görüşüb.

Ə. Burucerdi bildirib ki, İran Suriya xalqı və hökumətinin yanındadır və xarici qüvvələrin hərbi müdaxiləsinə qarşıdır: “İran parlamenti də iki ölkə arasında əlaqələrin güclənməsi üçün həyata keçirilən bütün cəhdləri dəstəkləyir. Rəsmi Tehran Suriya xalqı və hökumətinə dəstəyini davam etdirəcək”.

B. Əzzuabi isə öz növbəsində İranın Suriya xalqı və hökumətinə dəstəyindən dolayı təşəkkür edərək Suriya xalqının bu yardımları əsla unutmayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR