FHN-nin Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN-nin Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirmə tədbirləri keçirib - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 20:58 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən noyabrın 1-də Lənkəran rayonunun V.İbadov adına Cil və Xarxatan kənd orta məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, “Uşaq hüquqlarının müdafiəsi hər bir cəmiyyətin ümdə vəzifəsidir”, “Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti” mövzularında çıxış edən Mərkəzin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov bildirib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, habelə bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Z.Hüseynov qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır: “Bu məqsədlə ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atılır, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsinin təmin edilməsi istiqamətində mühüm tədbirlər görülür, şikəst uşaqlara reabilitasiya xidmətləri göstərilir, istedadlı və yaradıcı uşaqların və gənclərin sosial və iqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsinə yönəlmiş dövlət proqramları hazırlanaraq uğurla həyata keçirilir”.

Çıxışının sonunda Z.Hüseynov bildirib ki, bu gün Azərbaycan dövləti şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək göstərəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazırdır. Bu baxımdan, Azərbaycanda ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında məlumat verilib.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi məktəb rəhbərliyinin diqqətinə çatdırılıb.

Tədbirin sonunda “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb. Həmçinin “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş olunub və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR