Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edilib

Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edilib
# 07 noyabr 2013 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Mikayıl Yunusov Zabrat qəsəbəsi, 1 May küçəsində yerləşən Azər Atamova məxsus mağazadan qapını sındırma yolu ilə oğurluq edərkən Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, o, həmin gün Rüstəm Cəfərova məxsus Nərimanov küçəsində yerləşən mağazadan dam örtüyünü sökmə yolu ilə oğurluğa cəhd edib. Bundan başqa, martın 5-də İmaməli Məmmədova məxsus Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən mağazadan ərzaq malları, 200 manat, martın 18-ə keçən gecə Xəqani İbrahimova məxsus I Zabrat qəsəbəsində yerləşən mağazadan ərzaq malları, martın 20-nə keçən Azad Məmmədova məxsus İstixana küçəsində yerləşən mağazadan siqaretlər, martın 8-ə keçən gecə Kifayət Məmmədovaya məxsus R.Göyüşov küçəsində yerləşən mağazadan tavanı sökmək yolu ilə ərzaq malları, oktyabrın 14-nə keçən gecə Çapayev küçəsində Vasif Quluzadəyə məxsus «Kia» markalı avtomaşından şüşəni sındırma yolu ilə 100 manat, maaş kartı və şəxsi sənədlər oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR