Bərdədə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 17 dekabr 2013 08:50 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu – APA. Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən axşam saat 22 radələrində Bərdə rayonunun Hüseynbəyli kəndində qeydə alınıb. Rayon sakini Sahib Muradov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə rayonun Qaradəmirçi kənd sakini Haqverdi Ağayevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR