İran XİN: “AEBA və “altılıq” ölkələrilə əməkdaşlığa hazırıq”

İran XİN: “AEBA və “altılıq” ölkələrilə əməkdaşlığa hazırıq”
# 29 avqust 2013 09:36 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən məlumatına görə, M. Zərif bildirib ki, təhlükəsizlik və sabitlik müasir dünyada bir-birinə bağlı məsələlərdir: “Bu il İranda xalqın kütləvi iştirakı ilə prezident seçkisi keçirildi. Bu seçki dünya üçün mühüm mesaj ola bilər. İranın xarici siyasətində bütün ölkələrlə, xüsusilə qonşularla əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi mühüm yer tutur. Biz qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək kimi iki prinsip əsasında dünyanın bütün ölkələri ilə dostluq əlaqələri qurmaq və əməkdaşlıq etmək tərəfdarıyıq”.

Onun sözlərinə görə, kütləvi qırğın silahlarının istehsalı və istifadəsi İslama, beynəlxalq qayda-qanunlarla ziddir və bu cür silahlara İranın müdafiə doktrinasında heç bir yer yoxdur: “İranın nüvə silahına sahib olmaq niyyəti yoxdur. Bu cür silahlar hansısa dövlətin təhlükəsizliyini təmin etmir. Biz təhlükəsizliyin bu cür silahlara yiyələnməklə əldə olunacağına inanmırıq. İranın nüvə proqramının dinc məqsədlidir və bunu bir çox ölkə də etiraf edib. Ona görə də İranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə haqqının rəsmi şəkildə tanınması vacibdir. Biz şübhələrin aradan qaldırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və “altılıq” ölkələrilə əməkdaşlığı davam etdirməyə hazırıq. Sadəcə qarşı tərəfin ciddi iradəyə ehtiyacı var”.

M. Zərif həmçinin Suriyada kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə bu ölkəyə hərbi müdaxilə məsələsinə də toxunub: “İran kimyəvi silahın qurbanı kimi hərbi variant və gücdən istifadənin tamamilə əleyhinədir. Biz istənilən dövlətin və şəxsin kimyəvi və kütləvi qırğın silahlarından istifadəsini pisləyirik. Hansısa problemin zor gücünə həll ediləcəyini düşünənlər səhv edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR