Elmira Süleymanova: “Rusiya ombudsmanı miqrantarla bağlı məsələnin parlamentdə müzakirəsini təklif edib” - YENİLƏNİB

Elmira Süleymanova: “Rusiya ombudsmanı miqrantarla bağlı məsələnin parlamentdə müzakirəsini təklif edib” - <span style="color: red;">YENİLƏNİB
# 29 oktyabr 2013 07:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı proseslər, saxlanma şəraiti, istintaqın gedişi nəzarətimiz altındadır”.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

Elmira Süleymanova deyib ki, Rusiya ombudsmanı onun Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalovun saxlanılması zamanı zorakılıqlarla məruz qalması barədə müraciətinə cavab verib: “Rusiya ombudsmanı miqrantarla bağlı məsələnin parlamentdə müzakirəsini təklif edib. Bu, çox yaxşı haldır. Biz ümumiyyətlə, Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı məsələləri nəzarətdə saxlamağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR