Çaylarda vəziyyət açıqlanıb

Çaylarda vəziyyət açıqlanıb
# 15 noyabr 2013 12:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86,0 m3 faizini təşkil edir.

Noyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 5, Salyanda 7, Bankədə 5 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm, Şirvanda 173 sm, Salyanda 112 sm, Bankədə 191 sm, Araz çayının Novruzlu məntəqəsində isə 85 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR