Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər bu ölkəyə 10 milyon rubl sərmayə qoymalı olacaq

Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər bu ölkəyə 10 milyon rubl sərmayə qoymalı olacaq
# 12 fevral 2014 09:23 (UTC +04:00)

APA-nın “Kommersant”a istinadən xəbərinə görə, layihədə Rusiya iqtisadiyyatına 10 mln. rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur.

Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən, Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq veriləcək.

“Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə düzəlişlər artıq hökumətin müzakirəsindən keçib və yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR