Təhsil Nazirliyi: Azərbaycanda müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret və dəqiq addımlar müəyyənləşdirilməlidir

Təhsil Nazirliyi: Azərbaycanda müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret və dəqiq addımlar müəyyənləşdirilməlidir
# 24 dekabr 2013 09:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması vacib məsələdir.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllim fəaliyyətinin qiymətləndirilməsi bu vaxta kimi pərakəndə şəkildə ayrı-ayrı məktəblərdə aparılıb. Şöbə müdiri qeyd edib ki, ümumilikdə bu vaxta kimi bu məsələyə sistemli yanaşma olmayıb: “Bu məsələ barədə düşünməli, konkret və dəqiq addımlar müəyyənləşdirilməlidir”.

Nazirlik rəsmisinin sözlərinə görə, strategiyada idarəetmə məsələlərinə də müəyyən yer verilib: “Bunlara məktəb rəhbərlərinin seçimi, onların peşəkarlığının artırılması, onlara bu gün verilən tələblər, yerlərinin dəyişdirilməsi, onların peşəkar bacarıqlara malik olması və s. məsələlər daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR