Hüseyn Bağırov Gəncədə vətəndaşların qəbulunu keçirib - FOTO - VİDEO

Hüseyn Bağırov Gəncədə vətəndaşların qəbulunu keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 11:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirov – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Gəncə şəhərində vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda Gəncə şəhəri, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdiyi görüşdə 50-ə yaxın vətəndaşın fikir və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR