Şərqi Qüdsdə qaçırılan fələstinli yeniyetmənin cəsədi tapılıb

Şərqi Qüdsdə qaçırılan fələstinli yeniyetmənin cəsədi tapılıb
# 02 iyul 2014 13:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsrail polisi Şərqi Qüdsdə qaçırılan fələstinli yeniyetmənin cəsədini tapıb.


APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, şahidlər bildiriblər ki, 17 yaşlı Məhəmməd Əbu Xudayir səhər saatlarında məcburən avtomobilə mindirlib.

Bir neçə saat sonra onun yanmış cəsədi meşədən tapılıb.

Fələstin mənbələri iddia edir ki, bu hadisə 3 nəfər yəhudi gəncin qətlinə cavabdır.


Məlumata görə, qətlə yetirilmiş gəncin evinin yaxınlığında fələstinli gənclərlə İsrail polisi arasında qarşıdurma olub. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Bu qarşıdurma nəticəsində 70 nəfərin yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR