Hindistanlı nazirin həyat yoldaşının meyiti oteldə tapılıb - FOTO

Hindistanlı nazirin həyat yoldaşının meyiti oteldə tapılıb - <span style="color: red;">FOTO
# 18 yanvar 2014 09:35 (UTC +04:00)

Bakı – APA. Hindistanın insan resurslarının inkişafı naziri Şaşi Tarurun həyat yoldaşı Sunanda Puşkarın meyiti cütlüyün Nyu-Dehli şəhərində müvəqqəti yaşadığı otelin nömrəsində tapılıb.

APA-nın «RİA-Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, 57 yaşlı nazir axşam otelə qayıdan zaman otaqda 52 yaşlı xanımının meyitini aşkarlayıb. İlkin ekspertiza zamanı nazirin həyat yoldaşının dərman preparatlarından zəhərləndiyi müəyyənləşib və zorakılıq əlamətlərinin olmadığı bildirilir.

Hadisədən sonra ürək ağrıları ilə xəstəxanaya yerləşdirilən nazir isə artıq evə buraxılıb: «Baş verən hadisədən şokdayam. Bu faciəni sözlə demək mümkün deyil».

Qeyd edək ki, keçmiş diplomat və yazıçı Ş.Tarur son vaxtlar tez-tez hakim partiya – Hindistan Milli Konqresi adından bəyanatlarla çıxış edir. Onun «Twitter»dəki mikrobloqunda 2 milyona yaxın abunəçisi var. Bu həftə onun mikrobloqunda Ş.Tarurun pakistanlı xanım-jurnalist Mer Tararla şəxsi yazışması peyda olub. Həmin yazışmada jurnalist nazirə olan sevgisini etiraf edib, nazir isə ona artıq həyat yoldaşının bundan xəbər tutduğunu bildirib. Bu hadisədən sonra Ş.Tarur sosial şəbəkədəki akkauntunun naməlum şəxslər tərəfindən sındırıldığını bildirsə də, xanımı Sunanda Puşkar bu yazışmanın onun tərəfindən aşkar edilərək internetdə yerləşdirildiyini açıqlayıb, pakistanlı jurnalisti isə «Pakistan casusu» adlandırıb.

Ş.Tarur və S.Puşkar 2010-cu ilin avqust ayında evləniblər. Bu, nazirin üçüncü nikahı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR