Əfqanıstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 2 500 nəfərə çata bilər - VİDEO

Əfqanıstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 2 500 nəfərə çata bilər - <span style="color: red;">VİDEO
# 02 may 2014 20:58 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əyalətin qubernatoru Şaz Vəliullah Ədib torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 2,5 min nəfərə çata biləcəyini deyib.

“Yerli sakinlərdən topladığımız ilkin məlumatlara görə, qadınlar və uşaqlar daxil olmaqla, təbii fəlakətin qurbanlarının sayı 2 500-dək çata bilər”, - deyə Ədib bildirib.

BMT-nin Əfqanıstandakı nümayəndəliyi torpaq sürüşməsi zamanı ən azı 350 nəfərin öldüyü barəsində məlumat yayıb.

Qeyd edək ki, apreldə Əfqanıstanın Balx əyalətində sel axınları Məzəri-Şərif şəhərinin hava limanını su altında qoymuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR