Dövlət sifarişinə əsasən Xətai rayonu ərazisində yerləşən sürüşmə sahəsində genişmiqyaslı tədqiqat işlərinə başlanılıb

Dövlət sifarişinə əsasən Xətai rayonu ərazisində yerləşən sürüşmə sahəsində genişmiqyaslı tədqiqat işlərinə başlanılıb
# 30 iyul 2013 12:18 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. O bildirib ki, sürüşmə sahəsində yerləşən yaşayış massivində kompleks-geoloji tədqiqatlar dövlət sifarişinə əsasən həyata keçirilir: “Ərazinin dayanıqlığı təmin etmək məqsədilə aparılan tədqiqatlar 10 gündür başlayıb və bu proses avqustun sonu-sentyabrın əvvəllərinə kimi davam edəcək. İşlər yekunlaşandan sonra hesablama işləri aparılacaq və tədqiqat işlərinin nəticələri oktyabr-noyabr aylarında açıqlanacaq. Bu gün üçün tədqiqatların aparılması üçün ən vacib ərazi həmin sürüşmə zonasıdır. Növbəti dəfə tədqiqatların hansı ərazidə aparılması Tusi küçəsi ilə Gəncə prospekti arasında yerləşən sürüşmə sahəsində işlər başa çatandan sonra məlum olacaq”.

B.Qaralov qeyd edib ki, nazirlik tərəfindən əhalinin daxil olan müraciətlərinə əsasən, paralel olaraq rayonlardakı sürüşmə zonalarına baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR