Lənkəranda 43 yaşlı kişi özünü öldürüb

Lənkəranda 43 yaşlı kişi özünü öldürüb
# 10 yanvar 2014 14:04 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 10-da günorta saatlarında rayonun Havzava kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Ədalət Balakişi oğlu Hüseynov yaşadığı evdə özünü asaraq intihar edib. Mərhumun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR