Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
# 02 iyul 2014 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov iyulun 4-də Siyəzəndə vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Siyəzən, Şabran, Xızı, Abşeron rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi, Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR