Ukrayna səfirliyi: “Rusiya rəsmiləri dünya ictimaiyyətini aldatmaqda davam edirlər”

Ukrayna səfirliyi: “Rusiya rəsmiləri dünya ictimaiyyətini aldatmaqda davam edirlər”
# 06 mart 2014 15:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib ki, Rusiya qoşunlarının Ukraynaya yeridilməsi üçün sabiq prezident Viktor Yanukoviçin Rusiya prezidentinə etdiyi müraciətin qanuni əsasları olmayıb.

“Yanukoviçin Putinə müraciətlə bağlı təkbaşına qəbul etdiyi qərar Ukrayna konstitusiyasına və qanunvericiliyinə ziddir. Bu üzdən də qanuni sayıla bilməz. Bununla yanaşı sabiq prezidentin bu cür davranışı özündə müharibəyə çağırışı əks etdirir. Bu isə Ukrayna Cinayət Məcəlləsinin 436 maddəsinə əsasən cinayət sayılır. Beləliklə, Rusiya tərəfinin addımları Krım Muxtar Respublikasındakı hadisələrlə bağlı real vəziyyəti təhrif etmək məqsədi daşıyan təbliğatın tərkib hissəsidir”, - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Rusiya qoşunlarının Ukraynaya yeridilməsinə qanuni əsas üçün V.Yanukoviçin V.Putinə etdiyi müraciət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR