Cənubi Koreyada bərənin batması nəticəsində ölənlərin sayı 100-ü ötüb

Cənubi Koreyada bərənin batması nəticəsində ölənlərin sayı 100-ü ötüb
# 22 aprel 2014 03:44 (UTC +04:00)

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, bundan əvvəl 92 nəfərin öldüyü bildirilirdi.

200-dək insanın taleyi indiyədək məlum deyil.

Hadisə baş verən an bərədə 476 sərnişin olub. Onlardan 340-ı Ansan şəhər məktəbinin şagirdləri və müəllimləri təşkil edib. Bərə İnçxon limanından Çedju kurort adasına hərəkət edirmiş.

Bərənin batma səbəbləri tam məlum deyil. İlkin məlumata görə, o, qatı duman şəraitində sualtı qayaya çırpılıb.

Bərənin kapitanı həbs edilib. 68-yaşlı Li Çjun Sokun həbsini hadisə ilə bağlı araşdırma aparan istintaq qrupu tələb edib. Müstəntiqlərin əldə etdikləri məlumata görə, qəzadan dərhal sonra kapitan gəmini tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR