Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi: “Bəzi QHT-lər nizamnamələrinə uyğun fəaliyyət göstərmirlər”

 Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi: “Bəzi QHT-lər nizamnamələrinə uyğun fəaliyyət göstərmirlər”
# 03 dekabr 2013 15:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyində bu gün keçirilən kollegiya iclasında çıxış edən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib. İ. Məmmədov QHT-lərin qrant müqavilələri və digər zəruri məlumatları təqdim etmədiklərini, maliyyə pozuntuları və bu kimi hallara yol vermələrini, eləcə də qeydiyyatla bağlı sənədlərin bəzi hallarda natamam və qüsurlu təqdim olunduğunu bildirib.

Kollegiyada kadr işinin təkmilləşdirilməsi, o cümlədən gənc mütəxəssislərin qulluğa qəbulu prosesinin daha da yaxşılaşdırılması, onların səmərəli tədrisi və peşə vərdişlərinə mükəmməl yiyələnməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR