İranda zəlzələ olub

İranda zəlzələ olub
# 17 fevral 2014 06:37 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Fars vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Mohr şəhərinə təsadüf edib.

4.1 bal gücündə olan zəlzələ fevralın 17-də Bakı vaxtı ilə saat 08:10-da yerin 5 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Mohrdan 5 km, Vəraviyədən 17 km və Qaledardan 29 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR