İlham Əliyev: "Dünya bazarlarına rəqabət qabiliyyətli məhsulla çıxmalıyıq"

İlham Əliyev: "Dünya bazarlarına rəqabət qabiliyyətli məhsulla çıxmalıyıq"
# 20 sentyabr 2013 20:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda olan potensial bizim mövcud bazarla o qədər də uzlaşmır. Biz yeni bazarlara çıxmalıyıq. Əlbəttə ki, regional bazarlara, dünya bazarlarına hazır məhsulla, rəqabət qabiliyyətli məhsulla çıxmalıyıq. Azərbaycanda yaradılan bütün böyük müəssisələr dünyanın ən yüksək səviyyəsində olmalıdır. APA-nın məlumatına görə, bunu Bakının Qaradağ rayonunda gəmiqayırma zavodunun açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyev deyib.

Azərbaycanda yaranmaqda olan texnoparklar layihəsinin uğurla icra edildiyini deyən dövlət başçısı yaxın zamanlarda texnoparkın birinci nəticəsini görmək mümkün olacağını bildirib: “Bu gün biz nəqliyyat-logistika mərkəziyik. Biz güclü sənaye mərkəzi də olmalıyıq. Çünki gələcək sənayenin inkişafı ilə bağlı olmalıdır”.

Prezident İlham Əliyev həmçinin sement istehsalından danışıb. Azərbaycanın yaxın vaxtlarda sement istehsalında artıq xarici idxaldan asılı olmayacağına əminliyini ifadə edən dövlət başçısı qeyd edib ki, ölkəmiz üçün lazım olan və həlli mümkün olan bütün layihələr Azərbaycanda icra edilməlidir. “Bu, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılması və ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi deməkdir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR