Almaniyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub

Almaniyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub
# 14 iyun 2013 18:52 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmovanın APA-ya verdiyi xəbərə görə, yeni təyin olunmuş səfirin adı Haydrun Templdır.

Məlumata görə, xanım Haydrun Templ hal-hazırda Almaniyanın İndoneziyadakı səfirliyində daimi işlər müvəkkili vəzifəsində çalışır.

Qeyd edək ki, Haydrun Templ Almaniyanın Azərbaycandakı səfiri postunda missiyasını bu ilin iyulunda bitirəcək Gerbert Kvelleni əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR