Azərbaycan prezidenti "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Azərbaycan prezidenti "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb
# 11 aprel 2014 22:12 (UTC +04:00)

APA-nın məlumatına görə, fərmana əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparılmalı; nazirliyin tabeliyində olan olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan prezidentinə təqdim edilməlidir.

Azərbaycan Maliyyə Nazirliyi, birgə hesablamalar əsasında, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə hər il dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün zəruri tədbirlər görməlidir.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazidə fəaliyyət göstərən dövlət olimpiya idman komplekslərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR