Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
# 08 iyul 2013 07:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları və pul oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 5-i saat 19.30 radələrindən 6 iyul saat 16.30 radələrinə qədər olan müddət ərzində Şərifzadə küçəsi, ev 146, mənzil 13-də yaşayan 1984-cü il təvəllüdlü Elşən Fəxrəddin oğlu Nurmətova məxsus evdən açıq pəncərədən girmə yolu ilə 60 manat pul və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR