Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən verilən qayıdış, çıxış və ikidəfəlik giriş vizaları ləğv edilib

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən verilən qayıdış, çıxış və ikidəfəlik giriş vizaları ləğv edilib
# 22 may 2014 07:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.


APA-nın məlumatına görə, qərarın adına dəyişiklik edilib və “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar adlandırılıb.

Digər dəyişikliyə əsasən bundan sonra bu qaydalar ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərlə bərabər vətəndaşlığı olmayan şəxslərin də pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edəcək. Bundan sonra əcnəbilər xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycana gələ və Azərbaycanagedə bilməyəcəklər. İki dəfəlik giriş, qayıdış və çıxış vizası növləri ləğv edilib. Birdәfәlik (adi) tranzit vizası növü isə birdәfәlik tranzit vizası ilə əvəzlənib.

İndiyə qədər əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim ediblər. Səfirliklərin bu sahədəki səlahiyyəti ləğv olunub. Bundan sonra əcnəbilər viza alınması üçün Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına, habelə Xarici İşlər Nazirliyinə müraciət etdikdə qanunvericiliklə müəyyən olunmuş sənədlərlə yanaşı, dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR