Pakistan hakimiyyəti taliblərlə danışıqlara başlayıb

Pakistan hakimiyyəti taliblərlə danışıqlara başlayıb
# 31 oktyabr 2013 18:11 (UTC +04:00)

Bakı-APA. Pakistan hakimiyyəti “Təhriki Taliban Pakistan” hərəkatı ilə sülh razılaşmasına nail olmaq üçün danışıqlara başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN rəhbəri Çaudhuri Nisar Əli Xan bildirib.

Nazirin sözlərinə görə, hazırda tərəflər danışıqlar prosesinin yeri, mövzusu və prosedurunun razılaşdırılmasını yekunlaşdırmaq üzrədir. Nisar Əli Xan parlament fraksiyalarının liderləri ilə görüşündə qeyd edib ki, siyasi partiyaların hamısı “Təhriki Taliban Pakistan” hərəkatı ilə sülh razılaşmasının bağlanmasında hakimiyyəti dəstəkləyir.

Məsələnin digər təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR