Ağsu rayonunda ev yanıb

Ağsu rayonunda ev yanıb
# 26 iyun 2014 21:35 (UTC +04:00)

Ağsu. Zahid Abışov- APA. Ağsu rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Ağsu Rayon Dövlət Yanğından Mühafizə hissəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Rayon sakini 34 yaşlı Səmədov Tural Həsən oğluna məxsus evdə güclü yanğın baş verib. Yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hadisə barədə yanğınsöndürənlərə gec xəbər verildiyindən, ümumi sahəsi 64 kvadratmetr olan bir mərtəbəli 2 otaqdan ibarət olan ev əşyaları ilə yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR