Sabah Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək

Sabah Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək
# 02 aprel 2014 11:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sabah Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar üç gün sürəcək və “altılıq” ölkələrinin hamısının mütəxəssisləri iştirak edəcəklər. Müzakirələrdə İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 7-9-da Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR