Azərbaycanda camışların sayı kəskin azalıb

Azərbaycanda camışların sayı kəskin azalıb
# 07 oktyabr 2013 09:42 (UTC +04:00)

Həmin sahələrdən biri də ölkədə sayı azalan camışlarla bağlıdır. Bunu «APA-Economics»ə Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda camışların sayı əvvəlki illərlə müqayisədə azalıb. Hazırda ölkədə 265 min camış var, lakin ötən ilin analoji dövründə bu heyvanların sayı 400 mindən artıq olub. Yəni, son bir ildə azalma təxminən 34% təşkil edib.

Ç.Fərəcov qeyd edib ki, hazırda bütün Avropa ölkələri camış axtarışına çıxıb. Çünki bu heyvanlar yemə və suya az tələbatlıdır. Bu məqsədlə Azərbaycan FAO-ya damazlıq-seleksiya işlərinin yaxşılaşdırılmasına dair proqramın həyata keçirilməsi təklifi ilə müraciət edib.

«Biz 2005-ci ildə FAO-ya müraciət etmişdik. Lakin 8 il ötməsinə baxmayaraq, bizim sorğumuza cavab verilməyib. Artıq 4 dəfə müraciət etmişik və yenə də cavab gözləyirik. Bu sahədə ən azından kiçik bir layihənin həyata keçirilməsinə böyük ehtiyac var», - deyə Ç.Fərəcov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR