Ötən ay Azərbaycanda 3 mln. kvadrat metrə yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanda 3 mln. kvadrat metrə yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 03 iyul 2013 13:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İyun ayı ərzində Azərbaycanda 2 893 259 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar nəticəsində 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

ANAMA tərəfindən indiyədək ümumilikdə 229231517 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 683616 ədəd olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Bərdə, Tərtər, Goranboy, Yevlax, Xızı və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay ərzində Azərbaycanda mina/PHS hadisəsi qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR