Samir Şərifov: “Bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur”

Samir Şərifov: “Bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur”
# 27 iyun 2014 07:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur və bunlara əvvəllər olduğu kimi Dövlət Xəzinədarlığı tərəfindən nəzarət yoxdur. O qeyd edib ki, bu nəzarət məhz ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir: “Burada həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən metodoloji, mənəvi, kadr dəstəyinə ehtiyac duyulur. Hesab edirik ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi tərəfindən bu mütəxəssislər üçün yenidən hazırlama kursları təşkil etməliyik. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidən hazırlanmadan sonra xüsusi imtahan verib, attestat aldıqdan sonra fəaliyyətlə məşğul olmalıdır. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından gedir. Təkcə baş mühasib vəzifəsi məsələsi deyil, eyni zamanda maliyyə məsələləri üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır. Prorektor səviyyəsində buna ehtiyac duyulur. Söhbət xərclərdən getmir, eyni zamanda artıq daha çox gəlirlərin əldə edilməsindən gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR