Bakıda 20 yaşlı oğlan intihar edib - FOTO

Bakıda 20 yaşlı oğlan intihar edib - <span style="color: red;">FOTO
# 22 yanvar 2014 13:41 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun İslam Səfərli küçəsi, mənzil 59 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 20 yaşlı İsa Şahmarlı özünü asaraq intihar edib.

Hadisə yerinə təcili yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

İ. Şahmarlı intihar etməzdən əvvəl “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli 59. qapını açıq qoyuram. Anama deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida” statusunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR