Ötən il “quş qripi” ilə bağlı 6 dəfə monitorinq keçirilib

Ötən il “quş qripi” ilə bağlı 6 dəfə monitorinq keçirilib
# 30 yanvar 2014 14:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən il “quş qripi”nin qarşısının alınması ilə əlaqədar ev və çöl quşları arasında 6 dəfə monitorinq keçirilib.

DBX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər zamanı 7249 baş ev və çöl quşlarının qan nümunələri, 113 baş ev və çöl quşlarının patoloji materialı quş qripinə görə müayinə edilib. Qan nümunələri və patoloji materialların laboratoriya müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib.

“Quş qripi”nə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR