Ermənilər Tovuz rayon sakinini yaralayıb - VİDEO

Ermənilər Tovuz rayon sakinini yaralayıb - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 08:55 (UTC +04:00)

Kənd sakinlərinin APA-nın qərb bürosuna verilən məlumata görə, səhər və axşam fasilələrlə Tovuzun Hacallı kəndi atəşə tutulub. Nəticədə kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan və ayağından güllə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Quliyevin vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, əqli qüsuru olan E. Quliyev düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkən ona atəş açılıb.

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində rayonun Əlibəyli kəndində Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan ağır yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR