Azərbaycanda 4 qanunun tətbiqi dayandırılıb

Azərbaycanda 4 qanunun tətbiqi dayandırılıb
# 23 sentyabr 2013 09:54 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, avqustun əvvəlində yeni qəbul olunmuş Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlıdır.

Ləğv olunan qanunlar “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında” və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunlardır. Ləğv olunan qanunlarda nəzərdə tutulmuş müddəalar artıq yenilənmiş formada Miqrasiya Məcəlləsində əks olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR