Azərbaycan nümayəndə heyəti Həştərxanda bir sıra tədbirlərə qatılıb - FOTOSESSİYA

Azərbaycan nümayəndə heyəti Həştərxanda bir sıra tədbirlərə qatılıb - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2014 12:40 (UTC +04:00)

Həştərxan. Mübariz Aslanov – APA. Heydər Əliyev Fondunun 10 illiyi ilə əlaqədar Rusiyanın Həştərxan şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti yubiley münasibət ilə bir sıra tədbirlərə qatılıb.

APA-nın Həştərxana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Həştərxan vilayət qubernatoru Aleksandr Jilkin ilə birlikdə şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə əklil qoyulub.

Daha sonra Heydər Əliyev Fondunun tikdiyi uşaq bağçası ziyarət olunub, uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib. Daha sonra Knyaz Vladimirin abidəsini ziyarət edən nümayəndə heyəti Həştərxanda Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə olub. Məktəbdə Heydər Əliyevin büstü ziyarət edildikdən sonra məktəbdə şagirdlərlə görüş keçirilib.

Axşam saatlarında Həştərxanda Azərbaycan mədəniyyət işçilərinin də iştirakı ilə böyük konsert proqramının keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR