Ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı 1857 fakt aşkarlanıb

Ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı 1857 fakt aşkarlanıb
# 04 iyun 2014 08:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1857 fakt aşkar edilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, aşkar olunan hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR