Zərdabda əmək yarmarkası keçirilir

Zərdabda əmək yarmarkası keçirilir
# 20 sentyabr 2013 07:24 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdabda əmək yarmarkası keçirilir. APA-nın yerli bürosunun məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin sərəncamı ilə rayonda “Əmək yarmarkası”nın təşkili və keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb və müvafiq tədbirlər planı təsdiq edilib.

Yarmarkanın keçirilməsi ilə əlaqədar “Əkinçi” qəzetində elanlar dərc edilib, rayonun müxtəlif yerlərində yarmarkanın keçirilməsi barədə əhali arasında maarifləndirilmə işləri aparılıb.

Zərdab Rayon Mədəniyyət Evinin foyesində təşkil edilən “Əmək yarmarkası”nda iştirak edən Zərdab RİH başçısının birinci müavini Allahverdi Səfərov son illər ölkəmizdə, eləcə də rayonumuzda yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən danışıb, bu sahədə əmək yarmarkasının rolunu yüksək qiymətləndirib. O, yarmarkada işaxtaranlara uğurlar arzulayıb.

Yarmarkaya 101 qulluqçu, 23 fəhlə, 28 xidmət vəzifələri olmaqla 24 müəssisədən 152 boş iş yeri çıxarılıb. Onlardan 143 boş iş yeri 15 dövlət müəssisəsindən, 9 boş iş yeri isə 8 özəl müəssisədən toplanıb. “Əmək yarmarkası”nda 48 nəfər işaxtaran müvafiq işlə təmin olunub. İşlə təmin olunanlar əmək yarmarkasının təşkilinə görə ölkə rəhbərinə minnətdarlıq ediblər.

Yarmarkada Dövlət Məşğulluq Xidmətinin məsul işçisi Rəşad Əsgərli iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR