Şotlandiyada helikopterin barın üstünə düşməsi nəticəsində 8 nəfər ölüb

Şotlandiyada helikopterin barın üstünə düşməsi nəticəsində 8 nəfər ölüb
# 30 noyabr 2013 17:47 (UTC +04:00)

Bakı-APA. Britaniya polisi Şotlandiyanın Qlazqo şəhərində polis helikopterinin barın yerləşdiyi binanın üstünə düşməsi nəticəsində 8 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl insident nəticəsində 6 nəfərin öldüyü və 32 nəfərin yaralandığı bildirilirdi.

Məlumata görə, ölənlərdən üçü - 1 pilot, 2 polis əməkdaşı qəzaya uğrayan helikopterdə olanlardır. Helikopterin düşdüyü barda isə 5 nəfərin cəsədi tapılıb. Xəstəxanalara 32 nəfərin yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, insident noyabrın 30-na keçən gecə baş verib. Hadisə baş verdiyi an barda 100 nəfər olub. Orada konsert keçirilirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR