Kimyəvi silah üzrə BMT ekspertləri Haaqaya gəliblər

Kimyəvi silah üzrə BMT ekspertləri Haaqaya gəliblər
# 31 avqust 2013 20:25 (UTC +04:00)

Bakı-APA. Kimyəvi silah üzrə BMT ekspertləri Dəməşq yaxınlığında kimyəvi silahın istifadəsi ehtimal olunan ərazidən götürülən nümunələri laborator müayinə etmək məqsədi ilə bu gün axşam saatlarında Niderlanda gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “BBC” teleradio korporasiyası məlumat yayıb.

Ötən gün BMT baş katibi Pan Qi Mun Təhlükəsizlik Şurasının daimi üzvlərinə bildirib ki, nümunələrin analizi 2 həftəyədək davam edə bilər. Ekspertlərin Baş katibə gördükləri işlə bağlı hesabat verəcəkləri gözlənilir. Bundan sonra Pan Qi Mun hesabatı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim ediblər.

Bundan öncə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki ekspertlərin yalnız ilkin hesabat verəcəklərini qeyd edib. Suriyada kimyəvi silahdan istifadə olunub-olunmaması barədə yekun rəyi Suriyada götürülən nümunələrin laborator müayinəsinin nəticələri əldə olunandan sonra vermək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR